Menu

“Nə qədər ki, Kremldəki axmaqlar...” - Qirkin Krım körpüsünə hücumların davam edəcəyini bildirdi

17.07.2023, 13:10
“Nə qədər ki, Kremldəki axmaqlar...” - Qirkin Krım körpüsünə hücumların davam edəcəyini bildirdi

Ötən gecə Krım körpüsünün növbəti dəfə partladılması Rusiyada ciddi əks-səda və narazılıq doğurub. Ukraynanın keçirdiyi bu əməliyyata görə Kremli və ümumilikdə hərbi-siyasi rəhbərliyi günahlandıranların sayı durmadan artır.

“AzPolitika.info” xəbər verir ki, Donbas separatçılarının sabiq lideri İqor Strelkov(Qirkin) Krım körpüsünün növbəti dəfə partladılmasını Kremlin bacarıqsızlığının nəticəsi hesab edib: “Krım körpüsü ötən dəfə partladılandan sonra dediklərimə əlavə edəcək sözüm yoxdur. Yenə vuracaqlar. Daha da uzağa, daha da güclü, daha da çox! Nə qədər ki, Kremldəki heyrətamiz axmaqlar heç bir razılaşmanın olmayacağını, “tərəfdaşlarının” onları anlamayacağını və bağışlamayacağını, yalnız qalib gəlməli olduqlarını anlamayacaqlar”.

“AzPolitika.info”     

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol