2023-cü ilin payız aylarında Azərbaycanda referendum keçirilməsi gözlənilir.
"AzPolitika.info" xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, iyun ayında Milli Məclis dövlət büdcəsinə bir sıra dəyişikliyi təsdiqləyib.
“Dəyişikliklərin arasında 2023-ü ilin qalan hissəsində seçki xərclərinin az qala 50% artırılması var. Bu, böyük bir artımdır və referendumun məhz bu il olacağını söyləməyə tutarlı əsas verir. Boşuna bu qədər pul ayırmazlar”, – deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, referendum konstitusion islahatlarla bağlı olacaq. Belə ki, referendumla icra hakimiyyətinin başçıları təsisatı ləğv olunacaq: “Bu təsisatı hələ 1991-ci ildə Prezident olmuş Ayaz Mütəllibov yaratmışdı. Gördüyünüz kimi, bu təsisat indiki konstitusiyadan öncə qurulub və o vaxtdan heç dəyişməyib. Çox köhnə və səmərəsiz bir sistemdir. Mütəllibov onu SSRİ-də olmuş rayon və şəhər xalq deputatları və onların icraiyyə komitələrinin yerinə qurmuşdu. Faktiki olaraq isə, yerli icra başçıları keçmiş kommunist partiyasının rayon və şəhər birinci katibləri yerini tutmuş oldular. Bir sözlə, bu sistemlə bundan sonra irəliyə getmək alınmayacaq. Ləğv olunmalıdır”.
Erkin Qədirli yazıb ki, seçki sistemində önəmli dəyişikliyin olacağı – proporsional seçkinin bərpası gözlənilir.
“1995-2002 illərdə proporsional seçki olub bizdə. Milli Məclisin 125 deputatının 25-i proporsional qaydada seçilirdi. 2002-də keçirilmiş referendumda onu ləğv etdilər. İndi yenidən qaytarılacağı söhbəti var” – ,deyə, o, əlavə edib.
Deputatın sözlərinə görə, parlamentin ik ipalatalı ola biləcəyi istisna deyil: “Əslində, güclü Prezident hakimiyyəti olan bir ölkədə bir palatalı parlament yetərli deyil, onun zəif olacağı öncədən bilinir. Bunun isə siyasi riskləri vardır. İki palatalı parlamentlərdə yuxarı palata xalqın seçdiyi güclü aşağı palata ilə xalqın seçdiyi Prezident arasında bir bufer (arakəsmə) rolunu oynayır. Bu yazını çox uzatmamaq üçün, bunun da izahını ayrıca bir yazıda vermək gərəkdir”.
Erkin Qədirli onu da qeyd edib ki, indiki Konstitusiyaya görə Nazirlər Kabinetinin özünəməxsus heç bir səlahiyyəti yoxdur: “Konstitusiyada yazıldığı kimi, Nazirlər Kabineti Prezidentin yanında yüksək icra orqanıdır. Yəni, Nazirlər Kabinetinin bütün səlahiyyətləri, əslində, Prezidentidir. Bu isə o deməkdir ki, Nazirlər Kabinetinin konstitusion statusu çox zəifdir, ona görə də o, hökumət ola bilmir. Nazirlər Kabinetini saxlamaq niyyəti varsa, onu Prezidentdən ayırıb parlamentə tabe elətdirmək gərəkdir (Fransa örnəyi). Elə bir niyyət yoxdursa, onda onu ləğv etmək lazımdır (ABŞ örnəyi)”.
"Azpolitika.info"

Şərhlər
.... yüz seçki,referendum osa da əhəmiyyətsiz bir şey olacaq.Çürümüş, fundamenti oğru yığnağı olan məmurlar təmiz,haram qarışığı olmayan Azərbaycan millətinin yeni nümayəndələri ilə əvəz olunmalıdır.Azərbaycanını təbii sərvətləri heç də Katardan.səudiyyədən, Liviyadan az deyil.Bəs millətin yaşayışı nə deyir? Dməli sistem dəyişməli .yeni halal kadrlar gəlməlidir ki. millət haqqı olduğu insan həyarını yaşasın
Referendum da Məzahir Pənahovla keçiriləcəksə ona da bir quş!
azərbaycanda sosial-iqtisadi siasət varmı ki,hələ bu sahəni kimsə dövr etsinlər.İqtisadiyyatı dağıdılmış,iri sənaye müəssisələri dağıdılmışimportdan asılı edilmiş ölkədə bu boyda ştatla iqtisad Nazirliyi nəyə xidmət edir?Bir neft sənayesi qalmışdı o da bu günə salınıb....
Bunu da Məzahir keçirəcək?Saxtakarlıq öncədən bəllidir.....
Bu islahatlar dalğası Xarici İşlər NAZirliyinə çatmadı. Xİn-in baxtı bağlanıb, əvvəl Mmedyaropv, indi isə Bayramov buranı öz bostanına çevirib, əvvəl də hər şey pul ilə alınıb-satılırdı, elə indi də. Əvvəllər də Kadrlar idaərsi rüşvət yğıb-iş görürdü, elə indi də başqa cür deyildir. Sadəcə, rəislər dəyişib. Əvvəllər bu işə Grsel adlı birisi baxırdı, indi ROman Məmmədov adlı birisi... Bircə fərq var, ROman Məmmədov hquqşünasdır, bütün əməllərini hüquq pərdəsi ilə gizlətməyi bacarır, bir sirk ustası qədər məharətlidir, yəni insanların cibində də girir, onları axmaq yerinə də qoyur, hətta bunu hüquqla əsalandıra da bilir. Hələ Erkin Qədirliyiə məktub yazıb XİN-də hər şeyin gözəl olduğunu yaza da bilir...
Dəyərli Müəlliflər, Ermənistan da daxil digər dövlətlər də öz ölçülərinə görə yeni idarə-seçki sistemi tətbiq ediblər. Azərbaycana da uyğun gəlir. Ölkəni təsərrüfatı ilə Nazirlər Kabineti idarə edir, mütəmadi MM qarşısında, elə Prezident üçün də hesabat verir. MMin qəbulundan sonrakı hər qərarı Prezident ya təsdiqləyir, ya da veto qoyur? İcra, ya rayon başçıları vəzifələrinə Sovet dövründə dəyişdilər, işdə alınmadı?
Təhsil, səhiyyə, mədəniyyət və s. sahələrin idarələri regionları və bərbad vəziyyət yarandı. Hazırda it yiyəsini tanımır. Regionlara yeni rəhbər təyin olunanlar islahat adı altında köhnələri çıxarıb öz dost tanışlarını, qohum əqrabalarını başına yığıb yalamağa girişiblər. İslahatsa sadəcə ixtisar etməkdən ibarətdir. Nəticə: İş yerləri azaldıldı, debil kadr ordusu formalaşdı,. 5-6 ilə bu da ləğv olar ..
Regionlaşma xalqın sözünü deməli olduğu rəhbərliyi ondan daha uzaq məsafədə saxlayacaq. Kasıb pul tapıb bir və ya uzağı iki dəfə regiona gedə biləcək. Sonra oturub davamını soracaq. Beləliklə vətəndaşın şikayətlərinin sayı "azalacaq", "problem avtomatik" həll olacaq. Əladır vallah..
Referenduum olacaqsa sistemi kökündən dəyişəcək konstitusiya islahatı aparılmnalıdır. Ən əsası yerli icralar ləğv edilməli ve 5-6 rayonun timsalında regonal icralar yaradılmalı və ən əsası da icradan kənar İcraya nəzarət mexanizmi formalaşdırılmalıdır. Elə bir nəzarət ki, icraların başqa dövlət hakimiyyəti qollarına müdaxiləsi minimuma endirilsin. Xüsusən də Məhkəmə və Parlament qollarına. Nazirlər Kabineti ya ləpv edilməli ya da səlahiyyətləri artırılmalı və parlament qarşısında hesabatlı olmalıdır. Bu günkü sistemle Prezidentin səlahiyyətlərinin (xüsusen de sosial iqtisadi yönümlü) bir qismi hökümətə verilməlidir. O ki qaldı seçgi sisteminə, indiki seçgi sistemi kökündən dəyişməli azad seçgilərə yol açılmalıdır. Proporsional seçgi sistemi də qayıtmalı və eyni zamanda da deputatların sayı da artırılmalıdır.
Allah biz millətə köməy eləsin.