Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana onun vasitəçiliyi ilə "Zaporojye" Atom Elektrik Stansiyasını MAQATE-nin nəzarətinə verəcəyinə dair söz versə də, vədinə əməl etməyib.
"AzPolitika.info" xəbər verir ki, bunu "UNİAN"-ın efirində politoloq Nikolay Davidyuk deyib.
O, bu məlumatı Türkiyə və Qərb siyasətçilərindən aldığını bildirib.
Onların fikrincə, Türkiyə lideri bu yolla dünyanı nüvə təhlükəsindən xilas etmək istiqamətində addım atmaq istəyirdi.
Politoloqun sözlərinə görə, Putin bu vədinə əməl etməyib.
"Ərdoğan çox güclü və qüdrətli bir oyunçudur. Siyasi təcrübə nöqteyi-nəzərdən o, açıq şəkildə Putindən ağıllı və müdrikdir. Çox güclü regional ambisiyaları olan siyasətçidir. Rusiyanın Mərkəzi Asiya və Qafqazdakı təsirinin bir hissəsi bu ambisiyalara görə, kölgədə qalır. Buna görə də Putin Ərdoğanla düşməndir"- deyə, politoloq bildirib.
"AzPolitika.info"


Şərhlər