Son günlər sosial şəbəkə istifadəçiləri arasında dindar Ceyhun Balaşovla bağlı yayımlanan məlumatların nə qədər həqiqiti əks etdirdiyini öyrənmək üçün Penitensiar Xidmətin mətbuat xidməti ilə əlaqə saxladıq.
Mətbuat xidməti tərəfindən “AzPolitika.info”-ya təqdim edilən məlumatda qeyd olunur ki, 14.07.2023-cü il tarixdə C.Balaşov psixi durumu ilə bağlı təcridxanadan Müalicə müəssisəsinə köçürülüb: “Müayinələr zamanı səhhətində ciddi patalogiya və zorakılıq əlamətləri aşkar olunmayıb. Sosial şəbəkələrdə C.Balaşovun təcridxanada qolunun sınması və işgəncələrlə üzləşməsi barədə məlumatların yayılması və bundan ailə üzvlərinin narahatlıq keçirmələri nəzərə alınaraq 15.07.2023-cü il tarixdə saat 15: radələrində ona oğlu və dayısı ilə görüş təqdim olunub. Görüş zamanı həbsdə saxlanılan şəxsin səhhəti, aparılmış müayinələr və nəticələri, habelə görülən tibbi tədbirlər barədə onlara ətraflı məlumat verilib. Tam əmin olmaları üçün qohumlarının iştirakı ilə C.Balaşovun bədən səthinə baxış keçirilmiş, nəticədə bədən xəsarətləri, pis rəftar və zorakılıq əlamətləri aşkar olunmayıb, qohumlarının iştirakı və imzası ilə müvafiq akt tərtib edilib.
Hazırda C.Balaşovun müalicəsi davam etdirilir, səhhəti həkim nəzarətindədir”.


Şərhlər