Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılır.
“Report”un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.
Məcəllənin indiyə qədərki variantında qeyd edilib ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 60 manat məbləğində cərimə edilir.
Dəyişikliklə isə cərimə 60 manatdan 80 manata artırılıb.


Şərhlər
Azərbaycanın əhalisi dolanışıq üçün çox əziyyət çəkdiyi.işsizliyin tüğyan etdiyi,bahalaşmanın az qala gündə iki dəfə baş verdiyi ölkədə cərimə azarına tutulan hökumət nə zaman xalqı,milləti düşünəcək?
Arta arta qedireeee) Allah axrin xeyir elesin !
Əhalini talamaq üçün =kumətin əl atmadığı künc-bucaq qalmayıb.Allah xeyirli eləməsin!
Bu yazıq sürücülərdən nə istəyirsiniz?Ondansa yersiz,qaydasız qoyduğunuz aldadıcı yol nişanlarına,tadarlara v uzlaşmayan sürət nişanlarının qoyulmasına diqqət edin.Sürücü nə qazanır ki,hələ uyğun olmayan cərimələr artırırsınz.Həya-abır yaxşı şeydir!t