Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Ə.Abıyev 2011-ci ilin fevralından Daşkəsənin icra başçısı vəzifəsində çalışırdı.


Şərhlər
Şəki İcra Hakimiyyətində köklü surətdə kadr islhatları aparılmalıdır. İcra başçısı, müavinləri uzun müddətdir ki, oturduqları kreslonu zəbt ediblər, bu səbəbli Şəkidə inkişaf dayanıbdır! Kim-kimin qohumudur bilmirəm, bilmək də istəmirəm. Qanun Şahdır ! Qanuna əsasən bir adam uzun müddət bir vəzifədə işləyirsə, deməli həmin sahədə inkişafdan danışmaq mümkün deyil. Şəki ətraf rayonlardan ən geri qalan rayonlardan biridir.
Yazıq Şəki.......................................?
Şəkini o günə qoyan İcra başçısının 30 ildir müavini olan şəxsdir.Bunu guya bilmirsiniz?İcra başçıları da onun əlinə baxıblar.Müavinin isə kimin adamı olduğunu hamı Şəkili bilir.O adam toxunulmazlıq statusunu qohumları olan sülalədən ( Göynük kəndi ) alır.
Musavat.com Demokrat.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Əhəd Abıyevin var-dövlətinin siyahısı yayılıb.
Mənzilləri:
– Daşkəsən rayonu 20 Yanvar, ev 8 ünvanında mənzil,
– Nəsimi rayonu, S.Vurğun küç. ev 58 ünvanında mənzil,
– Nərimanov rayonu M.Qaşqay, ev 102 ünvanında mənzil,
– Nərimanov rayonu, M.Qaşqay küç. 100 ünvanında yerləşən 20 sota yaxın torpaqda inşa etdirdiyi 4 mərtəbəli villası,
– Milyonerlər. məhəlləsi kimi tanınan Teymur Əliyev küçəsində villası,
– Gəncədə, Göygöldə mənzilləri, bağ evləri,
– Badamdarda 3 ədəd villası,
– Novxanı qəsəbəsində milyonlarla manat qiyməti olan bağ evi,
– Qaxda, Nabranda, Xaçmazda, Qubada istirahət mərkəzləri, otelləri
Bundan başqa orada onun obyekt və əmlaklarının da siyahısı verilmişdir ki, onların da necə deyərlər sayı-hesabı yoxdur, siyahı üzrə düz 37 obyekt...
"Daşkəsənin əhədi kəsildi, çox heyiflər olsun, Əhəd müəllim rayon üçün çox samballı işlər görürdü..." 1-cisi körpü tikintisinə ayrılan pulu qoymadı başqaları mənimsəsin, 2-cisi rayon idmanının inkişafına, xüsusilə boks yarışlarına önəm verməsi, bunu hətta bilavasitə özü boks əlcəkləri geyinərək rəqiblərini nokaut vəziyyətinə salması və s. və i...
Millət indidə başalayacaq Əhədin sərvətinin siyahısını tutmağa,Çünki, adətkar oldubdur artıq. Olduğu üçün də millət son 30 ildə zamanını Əhədlərin Çovdarların, Eldarların, Ziyaların və daha kimlərin -kimlərin sərvətini və paralarını saymağa xərclədi. Heyif bu yöndə kayb olan illərə. Təki vətən sağ olsun.
Millət indidə başalayacaq Əhədin sərvətinin siyahısını tutmağa,Çünki, adətkar oldubdur artıq. Olduğu üçün də millət son 30 ildə zamanını Əhədlərin Çovdarların, Eldarların, Ziyaların və daha kimlərin -kimlərin sərvətini və paralarını saymağa xərclədi. Heyif bu yöndə kayb olan illərə. Təki vətən sağ olsun.
Bir soyguncu da bele rahat yola salindi.....
Cənab Prezident, Şəkinin İcra başçısını nə vaxt vəzifəsindən azad edəcəksiniz ? Allah sizi qorusun ! Sərəncamınızı səbirsizliklə gözləyirik !
Hə.. Əlli ildir "nə vaxtsa əlimdən alanda yarısını verib qurtararam" xəyalı ilə sökdün, taladın, yağmaladın. Amma heç onu da almadılar Əhəd əfəni.İndi get yığdığını xımır-xımır ye, firavan, qayğısız, xöşbəxt qocalığın yaşa.