İtaliya sənaye nazirliyindən "eunews.az"-a verilən məlumata görə, nazir Federika Quidi noyabrın 19-da bildirib ki, "Cənub Axını" qaz borusu layihəsi artıq İtaliya üçün prioritet deyil.
Buna səbəb Rusiyanın Krım yarımadasını anneksiya etməsidir.
40 milyard dollara başa gələcək və Ukraynadan keçmədən Avropa tələbatının 15%-ı təmin edəcək qədər Rusiya qazı nəql etməli boru xətti layihəsi Avropa İttifaqı ölkələri arasında nifaq salıb və Avropa Komissiyası ilə ziddiyyət yaradıb. Qeyd edək ki, İtaliyanın dövlət neft şirkəti "Eni" də layihənin bir hissəsi olduğu üçün, Rusiya qazının gətiriləcəyi ölkələrdən biri olmalı idi.
"Bu, çox lazımlı infrastrukturdur, ancaq yəqin ki boru axını artıq bizim prioritetlərimiz siyahısında deyil", - Quidi Romada bildirib və əlavə edib: "Cənub Axını qazın tranziti baxımından diversifikasiyaya gətirsə də, təchizat baxımından əvvəlki mənfi cəhətlərə malikdir".
Bundan əlavə olaraq, xatırladaq ki, bir-neçə ay öncə Avropa Komissiyası Rusiyanın Avropa İttifaqı üzv dövlətləri ilə imzaladığı ikitərəfli razılıqların Avropa İttifaqı qanunlarına zidd olduğunu bəyan edib.
Bu o deməkdir ki, qaz istehsalı və təminatçısı olan Qazprom Avropada eyni zamanda həm istehsal, həm də qaz daşıma şəbəkəsinə malik ola bilməz.
Cənub Axını layihəsinin 50%-ə malik Qazprom Avropa Komissiyasının tələblərinə cavab verməkdən imtina edib.


Şərhlər