Menu

ASELSAN yeni hava hücumundan müdafiə sistemini nümayiş etdirəcək

18.07.2023, 13:37
ASELSAN yeni hava hücumundan müdafiə sistemini nümayiş etdirəcək

Türkiyənin ASELSAN şirkəti yeni GÖKSUR hava hücumundan müdafiə sistemini nümayiş etdirəcək.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, sistem gəmi əleyhinə raketlər, silahlı/pilotsuz uçuş aparatları, qanadlı raketlər, döyüş təyyarələri və helikopterlərə qarşı hava və raket müdafiəsini həyata keçirəcək.

Məlumata əsasən, GÖKSUR, TÜBİTAK-SAGE tərəfindən hazırlanan və dəniz platformalarının hava hücumundan müdafiə ehtiyaclarına uyğun olaraq yenilənən BOZDOĞAN raketindən istifadə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol