Menu

Afina yaxınlığında şiddətli yanğın – Yüzlərlə uşaq təxliyə olundu

18.07.2023, 15:42
Afina yaxınlığında şiddətli yanğın – Yüzlərlə uşaq təxliyə olundu

Güclü küləklə körüklənən iki meşə yanğını Afina yaxınlığındakı sahil şəhərlərində nəzarətsiz şəkildə davam edib və yüzlərlə insanın tələsik təxliyəsinə ehtiyac yaranıb.

“AzPolitika.info” bu barədə “Reuters”ə istinadla xəbər verir.

Həmçinin, yanğınlar yüzlərlə uşağın yay düşərgəsindən təxliyə edilməsinə səbəb olub.

Yunanıstan paytaxtından təxminən 27 km cənub-şərqdə yerləşən Kouvaras kəndində baş verən yanğın nizamsız küləklər arasında sürətlə yayılıb.

Məşhur yay kurortu olan Laqonisi şəhərinin dənizkənarı yaşayış massivində baş verən yanğın nəticəsində ən azı beş evə ciddi ziyan dəyib.

Yunanıstan Yanğınsöndürmə Xidmətinin sözçüsü İoannis Artopoyos televiziya brifinqində deyib ki, polis yanğında şübhəli bilinən şəxsi saxlayıb: "Güclü küləklər səbəbindən alov iki saat ərzində 12 kilometrə yayılıb".

20 əsgər, 68 yanğınsöndürən maşın, 10 təyyarə və 6 helikopterin köməyi ilə 200-dən çox yanğınsöndürən alovla mübarizə aparırlar.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol