Menu

"Çinin hərbi potensialı misli görünməmiş sürətlə davam edir" - Pentaqon

19.07.2023, 06:50
"Çinin hərbi potensialı misli görünməmiş sürətlə davam edir" - Pentaqon

Çinin hərbi potensial misli görünməmiş sürətlə davam edir.

“Report” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Con Akvilino Aspen İnstitutunun (Denver, ABŞ) təşkil etdiyi təhlükəsizlik forumunda deyib.

“Biz sürət və miqyas baxımından analoqu olmayan hərbi güclənmənin şahidi oluruq. Biz təkcə hipersəs raketlərindən deyil, bütün imkanlardan danışırıq: dənizdə, havada, kosmosda”, - Çinin hipersəs silahları sahəsindəki inkişafı ilə bağlı bir suala hərbçi cavab verib.

O, həmçinin Çin Silahlı Qüvvələrinin potensialının və imkanlarının artırılması tempindən narahatlığını ifadə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol