Şimali Koreya Yapon dənizinə iki ballistik raket atıb. “AzPolitika.info” bu barədə “Reuters”ə istinadən xəbər verir.
Yaponiyanın Müdafiə naziri Yasukazu Hamada deyib ki, hər iki raket Yaponiyanın iqtisadi zonasından kənarda dənizə düşüb. Hamadanın sözlərinə görə, birinci raket 50 km hündürlüyə qalxaraq 550 km, ikinci raket isə eyni 600 km hündürlükdə uçub.
Nazir bildirib ki, Tokio diplomatik kanallar vasitəsilə KXDR hakimiyyətinə etiraz edib.
İyulun 12-də Pxenyan “Hvason-18” bərk yanacaqlı qitələrarası ballistik raketini sınaqdan keçirib. Raketin buraxılmasına şəxsən Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib.
Raket maksimum 6648,4 km yüksəkliyə qalxaraq 1001,2 km məsafəni 4491 saniyəyə uçaraq Yapon dənizinin sularında nəzərdə tutulan nöqtəyə dəqiqliklə enib.
Pxenyan qeyd edib ki, “Xvason-18”in buraxılışı zamanı təsdiqlənən bütün yeni rekordlar yeni tipli raket sistemlərinin gücü, etibarlılığı və hərbi effektivliyinin sübutudur.
Rüfət
Azpolitika.info


Şərhlər