“Bu ilin ilk 6 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 860 - Dəstək Xəttinə məişət zorakılığına məruz qalan 34 kişi müraciət edib”.
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
O qeyd edib ki, Dəstək Xəttinə müraciət edən qadınların sayı isə 112-dir:
"Daxil olan ümumi müraciətlərin sayı 146-dır. Müraciətlərin 23,3%-i kişilər, 76,7%-i isə qadınlar tərəfindən edilib".


Şərhlər
Bu Komitə bir qrup insanın baş girləməsi komitəsidir.Buraya müraciətlərin ciddi baxıldığını,bir nəticə hasil olunduöunu bu yarandığ illər ərzində görən,eşidən olubmu?ən yaxşı halda söz veriblər icrası olmayıb.Ona görə vaxtınızı,əsəbinizi sərf erməyin
Nə olsun? Guya bu Komitənin bir fəaliyyəti var?