"Məişət zorakılığı, uşağın atılması kimi halların baş verməməsi üçün ailə qurarkən psixoloji testin keçirilməsi vacibdir".
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova rəhbərlik etdiyi qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
“Biz nikahın xitamı ilə bağlı mövcud dövrdə təhlillər apardıq. Kifayət qədər məsələlər ortaya çıxdı. Mütləq şəkildə ailə quracaq şəxslərin psixoloji testdən keçirilməsi vacibdir. Bu, ailə qurarkən veriləcək testlər siyahısına əlavə edilməlidir. Sonradan məişət zorakılığı, uşağın atılması kimi halların baş verməməsi üçün bu addım atılmalıdır”, - Dövlət Komitəsinin sədri vurğulayıb.


Şərhlər
Eynək taxanda görəsən adam ağıllı görünür?
Hər "ağıllı " millətin qabağına bir kötük atır.Bu Komitə boşanmaların səbəbini doğru-dürüst araşdırıbmı?Guya bilmirlər ki, boşanmaların sayının artması ölkədə yaradılmış yaramaz sosial-iqtisadi mühitdən bir başa asılıdır.bu mühit isə bir sıra qudurmuş məmur və onların balaları heabına sosial ədalətin pozulmasına səbəb olub.Hakimiyyət isə ölkədə işsizliyin aradan qaldırılmasına qarşı fəaliyyətsiz qalır və eyni zamanda bahalaşmaya qarşı fəaliyyətsizdir.Ölkədə azərbaycan əhalisi üçün maaş və pensiyala həyat şəraiti ilə uzlaşmır.
Hələ indi ayılmısız... Boş yerə büdcədən maaş yeyirsiz