Menu

Ukrayna Rusiyanın İran istehsallı 37 PUA-sını məhv edib

19.07.2023, 12:31
Ukrayna Rusiyanın İran istehsallı 37 PUA-sını məhv edib

Ukrayna müdafiəçiləri ötən sutka Rusiyanın 37 hava hədəfini məhv edib.

“Report” xəbər verir ki, məlumatı Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri yayıb.

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiyanın İran istehsalı olan 32 “Shahed-136/131” zərbə PUA-sına hücum edib, onlardan 23-nü sıradan çıxarıb.

Bildirilib ki, bu PUA-lar Rusiyanın Krasnodar diyarındakı Primorsk-Axtarsk və ilhaq etdiyi Krım yarımadasındakı Çauda poliqonlarından buraxılıb.

Məlumata görə, ötən gecə Rusiya Ukraynaya 16 “Kalibr”, 8 “X-22”, 6 “Oniks” qanadlı raketi və “Su-35” qırıcıdan isə idarə edilən bir “X-59” aviasiya raketi atıb. Ukrayna müdafiəçiləri 13 qanadlı raket, bir “X-59” viasiya raketi və 23 “Shahed-136” məhv edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol