“İstefaya göndərilmiş 58-ci ordunun komandanı, general İvan Popovun Rusiyanın Ukraynanın cənubundakı qoşunlarının rotasiyası və təminatı ilə bağlı səsləndirdiyi problemlər həll edilməmiş qalır”.
“AzPolitika.info” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında belə deyilir.
İnstitutun mütəxəssisləri qeyd edirlər ki, şəxsi heyətin rotasiyasının keçirilməməsi və təminatla bağlı ciddi problemlər Rusiya hərbçilərinin döyüşməkdən imtina etmələrinə və kütləvi şəkildə əsir düşmələrinə gətirib çıxarır. Son zamanlar bu halların çoxaldığı bildirilir. Qeyd olunur ki, bu hallar xüsusilə cənub istiqamətində və Zaporojyedə müşahidə olunur: “Bir sıra Rusiya hərbi müxbirləri bildirirlər ki, eyni vaxtda sayı bir tağımın şəxsi heyətinə bərabər olan bir neçə hücum qrupu könüllü olaraq əsir düşüb. Rusiya qüvvələrinin daimi hal alan logistika və əməliyyat problemləri bu qüvvələrin döyüşmək istəməməsi və kapitulyasiya etməsinə əsaslar yaradır”.
“AzPolitika.info”


Şərhlər