“Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri arasında keçirilən danışıqlardan dərhal sonra Qarabağ sakinlərini lazım olan hər şeylə təmin etmək üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsi ilə bağlı açıqlaması Qarabağda humanitar böhranın olmadığını deməyə əsas verir”.
“AzPolitika.info” xəbər verir ki, bunu Vaşinqtonda yaşayan azərbaycanlı siyasi analitik Ramiz Yunus deyib.
Ekspert vurğulayıb ki, bu barədə yanlış fərziyyələr var. “Erməni separatçıları Azərbaycan ərazisindən yardımı qəbul etmək istəmirlər, çünki bu, onların nöqteyi-nəzərindən Qarabağın erməni əhalisinin Azərbaycanın hüquqi müstəvisinə reinteqrasiyasının başlanğıcı olacaq. Xankəndindəki separatçılar və onların havadarları bu reallıqdan çox qorxurlar”, - təhlilçi əlavə edib.
R.Yunusun sözlərinə görə, Qərbdə bütün danışıqlara qatılanlara aydın oldu ki, Ermənistanın Baş naziri Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanımasından sonra “miatsum” adlanan separatizm həm zaman, həm də məzmun baxımından əhəmiyyətini itirir.
“AzPolitika.info”

Şərhlər