“Azpolitika.info” TASS-a istinadən xəbər verir ki, bu dövlətlərin qərarı yerli kənd təsərrüfatına “zərbə vurmamaq” məqsədi daşıyır.
“Biz ölkələrimizə taxıl idxalına qoyulan qadağanın uzadılması ilə bağlı beş ölkənin birgə bəyannaməsini hazırlamışıq və imzalamışıq. Bəyannaməmizdə tranzitə açıq olduğumuz barədə ümumi mövqe var”, - Polşanın kənd təsərrüfatı naziri Robert Telus bildirib.
Məsləhətləşmələrdən sonra birgə mətbuat konfransında danışan Telus əlavə edib ki, Avropa Komissiyası bu tədbirə sanksiya verməsə belə, sentyabrın 15-dən Polşa müstəqil şəkildə Ukrayna taxılına sərhədi bağlayacaq.
Bundan əvvəl Polşa taxıl müqaviləsi bağlandıqdan sonra Ukrayna taxılına bazar açmaqdan imtina etmişdi.
Baş nazir Mateusz Morawiecki deyib ki, Polşa hakimiyyəti öz fermerlərinin maraqlarını qoruyacaq.
Rüfət
AzPolitika.info


Şərhlər