Menu

ABŞ Almaniyaya “hava-hava” raketlərinin satışını təsdiqləyib

20.07.2023, 00:24
ABŞ Almaniyaya “hava-hava” raketlərinin satışını təsdiqləyib
  • ABŞ Almaniyaya “hava-hava” raketlərinin satışını təsdiqləyib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, Dövlət Departamenti Almaniyaya 2,9 milyard dollar dəyərində AIM-120C-8 AMRAAM ortamənzilli hava-hava tipli raketlərinin satışına razılıq verib.

Qeyd olunur ki, Almaniya hökuməti 969-a qədər raket, eləcə də müvafiq avadanlıq almaq niyyətindədir.

Bundan əvvəl ABŞ Yaponiyaya "hava-hava" raketlərinin satışını elan edib.

AMRAAM səsdən sürətli raket sistemidir və 1980-ci ilin sonunda ABŞ-da istehsal olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol