"Mənim adımın Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidentləri siyahısından çıxarılması düzgün deyil. Hesab edirəm ki, bu, özbaşınalıqdır".

“AzPolitika.info” xəbər verir ki, bunu "Unikal"a açıqlamasında AMEA-nın sabiq prezidenti, Prezident Adminstrasiyasının (PA) keçmiş rəhbəri Ramiz Mehdiyev deyib. 

"Onların bunu etməyə ixtiyarı yoxdur. Bu, qanun pozuntusudur", - deyə o əlavə edib.

Qeyd edək ki, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin adı akademiyanın saytında sabiq prezidentlərin siyahısından çıxarılıb.

“AzPolitika.info”

***

2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olmuş Ramiz Mehdiyevin adı qurumun saytında yerləşdirilmiş keçmiş prezidentlər siyahısında yer almayıb.

“AzPolitika.info” xəbər verir ki, Akademiyanın science.gov.az adlı saytında “AMEA haqqında” bölümündə 10 keçmiş prezidentin adı yer alıb, lakin R. Mehdiyevin adı qeyd olunmayıb.

Saytda sabiq prezidentlərin adları belə sıralama ilə yerləşdirilib:

Abdullayev Həsən Məmmədbağır oğlu

Əliyev Musa Mirzə oğlu

Əlizadə Akif Ağa Mehdi oğlu

İsmayılov Rüstəm Hacıəli oğlu

Kərimov Mahmud Kərim oğlu

Maqsudov Fəraməz Qəzənfər oğlu

Məmmədəliyev Yusif Heydər oğlu

Mirqasımov Mir Əsədulla Mir Ələsgər oğlu

Salayev Eldar Yunis oğlu

Xəlilov Zahid İsmayıl oğlu.

Xatırladaq ki, R. Mehdiyev 2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən istefa verib. Hazırda AMEA-ya akademik İsa Həbibbəyli rəhbərlik edir.

“AzPolitika.info”