Menu

Yeni Zelandiyada silahlı şəxs insanlara hücum etdi - Ölənlər var

20.07.2023, 13:41
Yeni Zelandiyada silahlı şəxs insanlara hücum etdi - Ölənlər var

Yeni Zelandiya FIFA Qadınlararası Dünya Kuboku turnirinə ev sahibliyi etməyə hazırlaşarkən, ictimaiyyəti dəhşətə gətirən hadisə baş verib.

“AzPolitika.info” “politico”-ya istinadla xəbər verir ki, cümə axşamı səhər tezdən Oklend şəhərinin mərkəzində silahlı şəxs hündürmərtəbəli tikinti sahəsinə hücum edərək, işçilərə atəş açıb və iki nəfəri öldürüb.

Silahlı şəxs polis atışmasından sonra ölü tapılıb, bu zaman bir zabit güllələnərək yaralanıb. Dörd mülki şəxs də yaralanıb.

Atışma Norveç və digər futbol komandalarının qaldığı otellərin yaxınlığında baş verib.

Yeni Zelandiyanın baş naziri Kris Hipkins turnirin planlaşdırıldığı kimi davam edəcəyini bildirib.

"Aydındır ki, FIFA Dünya Kuboku bu axşam başlayacaq, Oklenddə çoxlu gözlər var. Hökumət bu səhər FİFA təşkilatçıları ilə danışdı və turnir planlaşdırıldığı kimi davam edəcək. Bir daha demək istəyirəm ki, milli təhlükəsizliyə daha ciddi təhdid yoxdur. Bu, bir şəxsin hərəkəti kimi görünür” – deyə, Hipkins bildirib.

Polis komissarı Endryu Koster bildirib ki, silahlı şəxs əvvəllər tikinti sahəsində çalışmış 24 yaşlı gəncdir və güllələnmənin motivi onun oradakı işi ilə bağlıdır.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol