Menu

“Bu, “Vaqner”-in böyük səhvi idi” - “Baxmutu azad etmək üçün bütün şərait var”

20.07.2023, 14:20
“Bu, “Vaqner”-in böyük səhvi idi” - “Baxmutu azad etmək üçün bütün şərait var”

“Hazırda Baxmutu azad etmək üçün bütün şərait var. İşğalçılar yarı mühasirədədirlər”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Quru Qoşunları komandanı, general-polkovnik Aleksandr Sırskiy “BBC”-yə müsahibəsində deyib.

Sırskiy bildirib ki, hazırda Ukrayna qüvvələri uğurlu əks-hücum əməliyyatları keçirərək, Baxmutu tam mühasirəyə almağa çalışır: “Hesab edirəm ki, “Vaqner” Baxmuta tam girməklə böyük səhv etdi və nəticədə hədsiz dərəcədə canlı qüvvə itirdi. Onlar faktiki olaraq, döyüş qabiliyyətini itirdilər. İndi bizim bundan on dəfələrlə az itkilər hesabına şəhəri azad etmək imkanımız yaranıb. İşğalçılar yarı mühasirədədirlər və bundan istifadə etməmək olmaz”.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol