“Xatırlatmaq istəyirəm ki, Ankara Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il bəyanatında tərəf deyil və Rusiya sülhməramlı kontingenti məhz bu sənəd əsasında “dağlıq Qarabağ münaqişəsi” zonasına yerləşdirilib”.
“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova bugünkü brifinqdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2025-ci ildə Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılmalı olduğuna dair bəyaantını şərh edərkən söyləyib.
Türkiyə Prezidentinin bu bəyanatından narahatlığını gizlətməyən XİN sözçüsü deyib ki, Rusiya hərbi kontingentinin Qarabağda mövcudluğu və qalma müddəti üçtərəfli bəyanat əsasında müəyyənləşdirilir və bu bəyanatın qəbulunda Türkiyə tərəf olmayıb. Bununla da o, Rusiyanın öz hərbi kontingentinin Qarabağda qalma müddətinin uzadılmasında maraqlı olduğunu və bu məsələdə Türkiyənin təzyiqlərindən yayınmaq istədiyini göstərib.
Zaxarova həmçinin guya indiki gərgin məqamda Qarabağda Rusiya sülhməramlılarına tələbatın daha da artdığını iddia edib.
Yəqin ki, Zaxarova rus hərbi kontingentinin “xidmətləri” barədə danışarkən separatçı qanunsuz erməni hərbi birləşmələrə verilən dəstəyi nəzərdə tutub.
“AzPolitika.info”

Şərhlər
Rusiya Prezidenti Putin özü etiraf edib ki, SSRİi dağılandan sonra Szerbaycan Türkiyyeni özünemüttefiq seçdi bu birmenalıdır ve Türkiyye ile bağlanmış mğqavileker xüsusen Şüşa Beyannamesi Azerbaycanın serbest hereket edib rusların 2025- ci ilde Qarabağı terk etmesini teleb etmesinde elini güclendirib ve onlar redd olacaqlar.
Zaxarovanın çıxışı Azərbaycan hakimiyyətinin Türkiyəyə deyil,işğalçı Rusiyaya üstünlük verməsindən irəli gəlir.Şuşa görüşlərində Türkiyəni qapı arxasında qoyduğumuza görə indi çətin vəziyyətə düşmüşük.Bu vəziyyət Azərbaycan əsgərinin boş yerə itkisinə də səbəb ola bilər.Ordumuzda da rus casusları olan zabitlərin tam uzaqlaşdırılmasına çalışmırlar.Vəzifələrə rus dilli kadrların təyinatı da rus hakimiyyətinə etimadın itmədiyini göstərir.