Menu

Əsgərlərimiz Türkiyəyə gedir

22.11.2014, 11:29
Əsgərlərimiz Türkiyəyə gedir

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Noyabrın 24-dən 28-dək Ankara şəhərində (Türkiyə) Təbii fəlakətlər zamanı hümanitar yardım əməliyyatları kursu, noyabrın 25-dən 30-dək Antaliya şəhərində (Türkiyə) 31-ci Beynəlxalq Qastroentroloji konfransı baş tutacaq.

Eyni zamanda noyabrın 24-dən dekabrın 12-dək İzmir şəhərində (Türkiyə) Hərbi qulluqçu mübadiləsi, dekabrın 19-dək Braşov şəhərində (Rumıniya) Proqram və layihələrin idarə olunması kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol