Menu

Daşaltıda otel və istirahət mərkəzi tikiləcək

21.07.2023, 11:46
Daşaltıda otel və istirahət mərkəzi tikiləcək

Daşaltıda 2,4 hektar ərazidə kənd üslubunda otel və istirahət mərkəzi tikiləcək.

"Report"un xəbərinə görə, Daşaltı kəndində özəl sektor üçün investisiya zonasında nəzərdə tutulan evlərin və turizm obyektlərinin tikintisi “PMD Group” MMC tərəfindən yerinə yetirilir.

Daşaltıda 2,4 hektar ərazidə kənd üslubunda otel və istirahət mərkəzi tikiləcək. Otel kompleksi ikimərtəbəli 10 binadan ibarət olacaq. Ümumilikdə 48 nömrədən ibarət olacaq otel kompleksində restoran, əyləncə və idman-sağlamlıq mərkəzləri, uşaqlar üçün oyun meydançası, istirahət parkı yaradılacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 21-də Şuşa rayonunun Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcək işlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcək yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub.

Şərhlər

t.ədalət 2023-07-21 14:43:50

Daşaltı işğalçı rus ordusunun daima nəzarətində olub."Daşaltı əməliyyatı" zamanı içimizdəıki casus zabitlərimiz hesabına böyük itkilər verdik.Satqın zabitləri,təəssüflər olsun ki,hələ də ordumuzun rəhbərliyindən uzaqlaşdılra bilməmişik.Çoxu xristian arvadının millətini dəyişib casusluq fəaliyyətini davam etdirir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol