“Security Operation Services” (“SOS”) MMC-də 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər və media rəhbərləri ilə görüş keçirilib.
“AzPolitika.info” xəbər verir ki, tədbirdə çıxış edən “SOS” MMC-nin direktoru Anar Məmmədov jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, mətbuatla əməkdaşlıqdan məmnunluğunu bildirib.

MMC rəhbəri “SOS”-la əməkdaşlıq edən, onun fəaliyyətini, həyata keçirdiyi sosial layihələri dəstəkləyən KİV nümayəndələrinə təbrik və təşəkkür plaketləri təqdim edib.
Qeyd edək ki, “SOS” MMC müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən peşəkar mühafizə xidmətidir. Uğurlu fəaliyyəti və sosial layihələrdə fəal iştirakı ilə seçilən “SOS” MMC 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına daim dəstək olur.
“AzPolitika.info”
























Şərhlər