Donbas separatçılarının liderlərindən biri İqor Qirgin (Strelkov) bu gün həbs olunub. 

"AzPolitika.info" Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə onun həyat yoldaşı Miroslava Reginskaya məlumat yayıb. 

Avropa Məhkəməsinin rəsmən terrorçu kimi tanıdığı və barəsində qiyabi həbs qərarı çıxardığı Qirkinin evində axtarış aparılır. 

"Bu gün təxminən 11:30-da bizim evə istintaq komitəsinin nümayəndələri gəldilər. Bu zaman mən evdə deyildim. Onlar mənim həyat yoldaşımı əli qandallı naməlum istiqamətə aparıblar. Dostlarımın köməyilə mən aydınlaşdıra bildim ki, ona qarşı Cinayət Məcəlləsinin 282-ci maddəsi ilə (Ekstremizm) ittiham irəli sürüblər", -Qirkinin həyat yoldaşı bildirib. 

Qeyd edək ki, İqor Qirkin uzun zamandır özünün yutub kanalında Rusiyanın hərbi və siyasi rəhbərliyi, o cümlədən şəxsən Putin haqqında ağır ittihamlar irəli sürürdü. Onun indiyədək həbs olunmaması təəccüb doğururdu. Belə görünür ki, Putinin əsəbləri daha artıq dözməyib. 

"AzPolitika.info"