2019-cu ilin oktyabr etirazlarının iştirakçılarından olan boks üzrə İran çempionu 27 yaşlı Məhəmməd Cavad Vəfayi Sani barədə edam hökmü icra edilə bilər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Azad İran” kanalı məlumat yayıb.
Məlumata görə, Məşhəd şəhərində keçirilən etiraz aksiyalarından sonra həbs edilən boksçu, edam hökmünün icrası üçün təkadamlıq kameraya yerləşdirilib.
Qeyd edək ki, bu edam hökmü ilə bağlı 85 tanınmış şəxs, hüquq müdafiəçisi və Nobel mükafatı laureantı məhkəməyə məktub ünvanlayaraq, qərarın ləğvini istəyiblər.
“AzPolitika.info”



Şərhlər