Menu

Türkiyə və Azərbaycan məhkəmələrinin əməkdaşlığı gücləndirilir - FOTO

21.07.2023, 19:01
Türkiyə və Azərbaycan məhkəmələrinin əməkdaşlığı gücləndirilir - FOTO

2023-cü il iyulun 21-də ölkəmizdə səfərdə olan Türkiyə Ali İnzibati Məhkəməsinin (Danıştay) bir qrup hakimi Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.

Ali Məhkəmədən verilən xəbərə görə, qonaqları salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov ölkələrimiz arasında məhkəmə sahəsində əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu və uğurla inkişaf etdiyini qeyd edib. Məhkəmələr arasında əməkdaşlığın ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyi diqqətə çatdırılıb.

Səmimi qəbula görə təşəkkürlərini bildirən qonaqlar Azərbaycan və Türkiyə arasında hər sahədə olduğu kimi, məhkəmə sahəsində də əməkdaşlığı yüksək qiymətləndiriblər.

Görüşdə məhkəmə təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Qonaqlar Ali Məhkəmənin inzibati binasını gəzib, iş şəraiti ilə tanış olublar.

Sonda xatirə fotosu çəkdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol