“Mediada yeni tendensiyalar təşəkkül tapıb”.
“Trend” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu zamanı çıxışında deyib.
“Peşəkar jurnalistlər üçün imtiyazlar olmalıdır. Azərbaycan mediasına da bir sıra çağırışlar aiddir. Biz bunları gündəlik işimizdə də hiss edirik. 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etdikdən sonra müstəqil media ortaya çıxdı”,- deyə H.Hacıyev əlavə edib.
Qeyd edək ki, iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Şuşa Qlobal Media Forumu başlayıb. Tədbirə ümumilikdə 120 media subyekti və 50 ölkədən 250-dən çox qonaq qatılıb. Açılış mərasimindən sonra forum sessiyalarla davam edir. Sessiyalarda medianın gələcəyi - rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları və digər mövzular xarici və yerli mütəxəssislər tərəfindən panel müzakirəyə çıxarılacaq. Qlobal forum çərçivəsində, eyni zamanda, bəzi paralel tədbirlərin - sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.
Forum 23 iyul axşama qədər davam edəcək.

Şərhlər
Hakimiyyətə trolluqedən yaltaq jurnalistlər akademikdən,professordan,,mühəndisdə,həkimdən,müəllimdən.nefçidən fərqləndirilməli və hansı əməyinə,,ölkəyə faydasına görə imtyazlara sahib olmalıdırlar? Bunu cənab Hacıyev düşünürmr?Bu nə çıxış,nə düşüncədir?....Bu tam antixalq düşüncəli olduğunun sübutudur.
bu lap sovet dövrün xatırlatdı.... demokrat, dördüncü sənaye inqilabının produktu hikmət hajıyevdən belə sosialist sayağı açıqlama... heyrətnləndim...
İndiki sığortanın mahiyyətini anlaya bilmisinizmi? Sığorta şirkəti adamı və ya binanı sığorta edir,ancaq müqavilədə göstərilən hadisə baş verərsə ödəmənin miqdarı dəyərindən dəfələrlə aşağı olur.Bu necə sığortadır?Bir də ki,SSR vaxtı Azərbaycanda əhali indikindən iki-üç dəfə yaxşı yaşayırdı,üzü gülürdü.İndi hamının (hətta "biznesmenlərin" dıə üzündən zəhrimar tökülür.Həyat şəraiti çox sıxıntılı keçir.Bunun fərqində deyilsiniz?
Dğyərli köməkçi və iddiaçı Müəllim, tarixdə azı 50 il görünməmiş sürətlə inkişaf etmiş AzSSR kimi cəmiyyətlər elə, imtiyazlardan imtina edə bilmədiklərinə görə naməlum *fiqurant*lara təslim edildilər? Ciddi Təsərrüfat hesabı sistemini (hazırki sığorta kimi) tətbiq edə bilmədilər?
Bəzi əli ruçka tutanlar, əsçi qəzet çıxardaraq, çıxartdığı qəzeti heç oxumaq da mümkün deyil, adını Jurnalist qoyub ? Məsələn ; Şəki də Region mediası qəzet çıxır, KİV olan materialları qəzetdə çap etdirməklə qəzet buraxır, oxumaq mümkün deyil ? İcra Hakimiyyətinin köməyi ilə Bələdiyyələrə, İcra Nümayəndələrinə və s. tapşırıq nəticəsində ildə 30 min manat abunə yazılır, ancaq qəzet aidiyyatı üzrə çatdırılmır, çap olunmur, abunə pulunu mənimsəyir, axırda da deyir ki, vəsaitimiz olmaması səbəbli qəzet çıxmır ? Belə dələduz işbazların qarşısı vaxtında alınmalıdır!
Bu ayrıçeçkiliyin məqsədi nədir?Jurnalist də adi və əziyyətsiz peşələrdən biridir.Ölkədə bundan ağır vəşərəfli sənət sahələri mövcuddu.Məsələn: heftçi,qaynaqşı,sürücü,həkim,müəllim,mühəndis və sairə.Məgər onların əməyi və ölkəyə .xalqa mənffəti boş yazılar yazan.trolluq edən jurnalistlərdən azdır? Ona görə cənab Hacıyevin bu sözləri yersiz və əsassız olmaqla ikrah hissi yaradır.İxtisas və peşələrə qarşı ayrıseşkilik qanunsuz və əsassızdır.bunun kimi də dövlət hesabına hakimiyyətə trolluq edən jurnalistklərə ev paylamaq.bu hallar cəmiyyətdə ayrıseçkilik yaratmamağa sübutdur.tMəgər müəllimin əməyi jurnalistdən az və aşağıdr?