Menu

Şabranda mikroavtobus aşıb, 6 nəfər xəsarət alıb

22.07.2023, 22:40
Şabranda mikroavtobus aşıb, 6 nəfər xəsarət alıb

Şabran rayonunun Zağlı kəndi ərazisində “Ford” markalı mikroavtobus aşıb, xəsarət alanlar var.

"Report"un Şimal bürosunun məlumatına görə, sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi nəticəsində mikroavtobus yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol