Menu

"Azərbaycan və Misir xalqlarını ənənəvi dostluq münasibətləri birləşdirir" - Prezident İlham Əliyev

23.07.2023, 12:11
"Azərbaycan və Misir xalqlarını ənənəvi dostluq münasibətləri birləşdirir" - Prezident İlham Əliyev

"Azərbaycan və Misir xalqlarını ənənəvi dostluq münasibətləri birləşdirir".

"Report" xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə ünvanladığı təbrik məktubunda yer alıb.

"Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir", - təbrikdə deyilir.

Prezident İlham Əliyev xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq münasibətlərinin birgə səylərlə bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol