Menu

DİN QUBAD İBADOĞLUNU HƏBS ETDİ - "5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib" (Yeniləndi)

23.07.2023, 22:12
DİN QUBAD İBADOĞLUNU HƏBS ETDİ - "5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib" (Yeniləndi)

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

"Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyindən daxil olan məlumat əsasında ölkəmizdə FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirmişdir. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə vermişdir. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılmış, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılmışdır. Hazırda tədbirlər davam etdirilir", - məlumatda bildirilib. 

***

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov bildirib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Xalid 2023-07-24 00:08:11

Azərbaycanda ən yüksək məqamlarda çalışanlar Feto ilə əlaqədə idi, amma indiyədək bircəciyinin də burny qanamayıb. Aralarında deputat təyin edilənlər, mətbuata rəhbərlik edənlər də var. Nə ooolsun!

miri 2023-07-23 23:45:38

Analoqsuzluq budur, Moşu? İqtisadcıni sözünə görə tutmaq olmur, belə edirik deyin, bitsin .

Mubariz 2023-07-23 22:04:36

Yəqin Londondan küllü miqdarda narkotik gətirib

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol