Menu

"Rusiyanın Ukraynanı xəritədən silmək məqsədi çoxdan uğursuzluğa düçar olub" - Blinken

23.07.2023, 23:13
"Rusiyanın Ukraynanı xəritədən silmək məqsədi çoxdan uğursuzluğa düçar olub" - Blinken

"Rusiya hərbi müdaxilənin başlanğıcında qarşısına qoyduğu məqsədlərini nəzərə alaraq Ukraynada “müharibəni artıq uduzub”.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken CNN-ə müsahibəsində bildirib.

“Məqsəd Ukraynanı xəritədən silmək, onun müstəqilliyini, suverenliyini aradan qaldırmaq, Rusiyaya tabe etmək idi. Bu, çoxdan uğursuzluğa düçar olub”, - diplomat vurğulayıb.

Blinken deyib ki, rusiyalılardan fərqli olaraq “ukraynalılar öz torpaqları, gələcəkləri, ölkələri, azadlıqları uğrunda vuruşurlar”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol