Menu

“Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır” - Rusiya XİN

24.07.2023, 09:39
“Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır” - Rusiya XİN

“Moskvaya dron hücumu beynəlxalq terrorizm aktıdır”.

“Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Qeyd edək ki, ötən gecə Moskvaya dron hücumu olub. Yayımlanan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb.

Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı da bildirilir.

Hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib.

Hücumda ölən və ya yaralananların olmadığı açıqlanıb.

Şərhlər

rasim 2023-07-24 11:38:53

anekdot

TARİX 2023-07-24 11:17:58

A RUSİYA SƏNİN İŞĞALIN, UŞAQLARI,QADINLARI, QOCALARI ÖLDÜRMƏYİNİN ADI HƏM TERORİZM HƏM DƏ SOY QIRIMDIR.

Nota bene 2023-07-24 10:35:26

KIYEVƏ HÜCUN SÜLHMƏRAMLI AKTIDIR?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol