“Ukraynaya edilən yardımların yükünü ABŞ-a yükləyiblər. Niyə biz 150 milyard, Avropa isə 20 milyard dollar yardım edir?”
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-ın 45-ci Prezidenti Donald Tramp “Fox News”un efirində çıxış edərkən deyib.
Tramp Avropanı Ukraynaya az yardım göstərməkdə günahlandırıb.
Tramp 2024-cü ildə prezident olacağı təqdirdə müharibə prioritetləri siyahısındakı əsas məsələnin Avropanın Ukraynaya göstərəcəyi yardımlar olacağını deyib.
“Pul bir nömrəli məsələdir. Prezident olsam Avropaya deyərdim ki, siz təxminən 100 milyard dollar az yardım göstərmisiniz. Bunu ödəməlisiniz. Avropa Birləşmiş Ştatlarla müqayisədə çox az iş görür. Mən bunun resurs çatışmazlığıyla bağlı olduğunu düşünmürəm. Avropa ölkələri birləşsə onların iqtisadiyyatları ABŞ-ın iqtisadiyyatına bərabər olar”,- deyə Tramp bildirib.
“AzPolitika.info”


Şərhlər