ABŞ bu ay ikinci nüvə sualtı gəmisini Cənubi Koreyaya göndərib.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın Cənubi Koreyaya göndərdiyi “USS Annapolis” sualtı gəmisi Ceju adalarına çatıb.
Qeyd edək ki, ABŞ bundan öncə iyulun 18-də “USS Kentucky” adlı nüvə gəmisini Cənubi Koreyaya göndərmişdi.
ABŞ-ın 42 il sonra gerçəkləşən bu həmləsi Şimali Koreya tərəfindən birmənalı qarşılanmamışdı və regionda gərginliyi artırmışdı.
“AzPolitika.info”


Şərhlər