Elm və təhsil nazirinin 4 müavini olacaq.
Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiq edilmiş nazirliyin əsasnaməsində öz əksini tapıb.
Yeni əsasnaməyə əsasən, nazirin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini olacaq.
Qeyd edilib ki, nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
Qeyd edək ki, hazırda Elm və təhsil nazirinin 3 müavini var.


Şərhlər
Əvvəl nazirliyin real vəzifələri,işinin təşkili müəyyən edilməli,təhsilin təşkilinin müasir və faydalı variantları müəyyən olunmalıdır.Hal-hazırda təhsilə 15 müavin də təyin etsəniz fayası ola bilməz.Çünki təhsil kökündən pozulub.bunu pozanlar isə (Misir Mərdanov,M.Cabbaorov, vəs.airələridir)hamının gözü önündədir.Ona görə indiki qarışıq vəziyyətdə nazirə müavin sayını qrtırmaq mənasız olmaqla artıq məsrəfsdir.