Menu

Fələstin Prezidenti Türkiyədə səfərdədir

24.07.2023, 18:08
Fələstin Prezidenti Türkiyədə səfərdədir

Fələstin Prezidenti Mahmud Abbas Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya gəlib.

"Report" xəbər verir ki, Prezident Mahmud Abbası Esenboğa hava limanında bir çox rəsmi şəxslər qarşılayıb.

Prezident Ərdoğan və Abbasın sabah keçiriləcək rəsmi görüşlərdə Türkiyə-Fələstin münasibətləri, İsrail-Fələstin münaqişəsindəki son proseslər və digər aktual, regional və beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol