Zaqatalada şəlaləyə gedərkən dağlıq-meşəlik ərazidə itkin düşən şəxslərin kimlikləri məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, onlar - Bakı şəhər sakinləri Əli Əlizadə və Əbdül Rzayevdir.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan iki nəfərin olduqları yer müəyyən olunub: “Hazırda onların təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir”.


Şərhlər