Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə "Report"a FHN-dən bildirilib.
Qeyd edək ki, havanın güclü küləkli olmasına baxmayaraq hadisəyə çevik və peşəkar reaksiya sayəsində yanğının yaxınlıqda yerləşən neft çənləri və ərazidən keçən neft boru kəmərlərinə keçməsinə imkan verilməyib.
+++
Bakının Keşlə qəsəbəsində güclü yanğın başlayıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Yanğının açıq ərazidə baş verdiyi bildirilir.
Baku TV-nin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət polkovniki Aqşin Kazımov, Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədirlər.
Fövqəladə Hallar Nazirliyi Bakıda qamışlıq ərazidə baş verən yanğınla bağlı yeni məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsi yaxınlığında məişət tullantıları və qamışlıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.


Şərhlər