Menu

Mingəçevirdə kater sahilə çırpılıb, xəsarət alanlar var

25.07.2023, 01:06
Mingəçevirdə kater sahilə çırpılıb, xəsarət alanlar var

Mingəçevirdə kater sahilə çırpılıb, xəsarət alanlar var. Daxili İşlər Naziriyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, dünən axşam saat 21 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Samir Allahverdiyevin idarə etdiyi kater sahilə çırpılıb.

Hadisə nəticəsində katerdə olan 4 sərnişin – Bayram Abbasov, Murad Rzayev, S.Ramazanova və yetkinlik yaşına çatmayan şəxs müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol