Saxta pilot qalmaqalı səbəbindən xidmətlərin dayandırılmasından sonra Pakistan Beynəlxalq Hava Yolları (Pakistan International Airlines -PİA) yaxın üç ay ərzində Britaniyaya uçuşları bərpa edəcək.
"AzPolitika.info" "The Express Tribune"-a istinadla xəbər verir ki, bu barədə Pakistanın aviasiya naziri Khavaja Saad Rafique parlamentdə çıxışında deyib. Nazir bildirib ki, yeni qanunvericilik milli aviadaşıyıcının Böyük Britaniyaya uçması üçün son maneəni aradan qaldırıb: "Üç ay ərzində Böyük Britaniyaya və daha sonra Avropa və Amerikaya uçuşlar bərpa olunacaq".
"The Express Tribune" xatırladır ki, Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Pakistanda saxta pilot lisenziyası qalmaqalından sonra milli aviadaşıyıcının 2020-ci ildə bloka uçmaq icazəsini ləğv etdikdən sonra PİA-nın Avropa və Böyük Britaniyaya uçuşları dayandırılıb.
BMT-nin Aviasiya qurumu olan Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) 2020-ci ilin sentyabrında Pakistana 97 nəfərin həlak olduğu Pakistan Beynəlxalq Hava Yollarına (PİA) məxsus təyyarənin qəzaya uğramasından və saxta lisenziyaların üzə çıxmasından sonra dərhal düzəliş tədbirləri görməyi və istənilən yeni pilot lisenziyalarının verilməsini dayandırmağı tövsiyə edib.
Keçən ilin iyununda Pakistan imtahanlardan yayınmaqda şübhəli bilinən 262 aviaşirkətin pilotunu ixtisaslarının yoxlanılmasından sonra ölkədən çıxarıb.
Pilot lisenziyası qalmaqalı Pakistanın aviasiya sənayesinə, Avropa və ABŞ-a uçuşu qadağan edilən bayraq daşıyıcısı PIA-ya zərər verib.
SƏMLA
AzPolitika.info


Şərhlər