Avropa İttifaqı Ukraynaya infrastrukturun bərpası üçün növbəti 1,5 milyard avroluq maliyyə yardımı ayırıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen “Tvitter” hesabında məlumat verib.
“Rusiyanın Ukraynanın taxıl saxlama və ixrac infrastrukturuna zərbələrini qətiyyətlə pisləyirəm. Nə qədər ki, Rusiya amansız müharibəsini davam etdirir, biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Bu gün daha 1,5 milyard avroluq maliyyə yarımı etdik”, - Leyen qeyd edib.
O, bu cür yardımların gələckdə də davam edəcəyini bildirib.
“AzPolitika.info”


Şərhlər