Çin məhkəməsi rüşvət alan məmuru ömürlük həbsə məhkum edib.
“Report” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, Çin Kommunist Partiyasının (ÇKP) keçmiş üzvü Çjou Tszanyun 25 milyon dollara yaxın rüşvət almaqda təqsirli bilinərək, barəsində ömürlük həbs cəzası qərarı çıxarılıb.
Məhkəmə müəyyən edib ki, 2001-ci ildən 2021-ci ilə qədər tutduğu bir sıra vəzifələrdə, xüsusən də İn dairəsi rəhbərinin müavini vəzifəsində olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib. Ona müraciət edən şəxslərə və firmalara dövlətə məxsus torpaqlardan istifadə etmək hüququ verib. Məhkəmənin məlumatına görə, bu “fəaliyyəti” nəticəsində 182 mln. yuan (25 mln. dollar) qazanıb. Qərarda o da göstərilib ki, o, öz hərəkətləri ilə dövlətin maraqlarına və vətəndaşlara ciddi zərbə vurub. Bu səbəbdən də maksimal cəza alması istənilib. Törətdiyi cinayətləri etiraf edən Çjou imzalanan müqavilələrdə vasitəçiliyini boynuna alıb.
Qeyd edək ki, onun barəsində cinayət işi 2018-ci ildə başlanıb. Tabeliyində olan şəxslərdən biri Çin Dövlət Nəzarət Komissiyasına onun cinayətləri barədə məlumat verib. Həmin ay ÇKP-nin şəhər komitəsinin katibi vəzifəsindən istefa verib. 2022-ci il yanvarın 27-də isə o, ÇXR KP üzvlüyündən çıxarılıb.


Şərhlər
Bu məlumatın məqsədi nə?Azərbaycanda də bu qanun işləsə və tətbiq etməyi düşünən olsa hakimiyyətdə məmur qalmaz.Axı aşağıdan yuxara qədər rüşvət faizlərlə bölünən ölkədə rüşvət almayan məmur var?Bir də qanunla rüşvət alan və rüşvət verən eyni maddə ilə mühakimə olunmalı halda Azərbaycanda rüşvət verəni məsuliyyətə alan var? Deməli hələ mövcud icra olunmayan qanun da yarı tətbiq olunur.Niyə? Ortaya çıxarılanlar qaydaları,cədvəli pozanlardır.Odur ki,belə məlumatlar Azərbaycanda mod deyil!Dəyirman bidiyini edir.çax-çux heç başını da ağrıtmır.