Menu

Hindistan İran vasitəsilə Ermənistana silah tədarük edir - VİDEO

26.07.2023, 16:57
Hindistan İran vasitəsilə Ermənistana silah tədarük edir - VİDEO

İranın Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana hərbi yükün olduğu avtomobil karvanının hərəkəti videogörüntülərdə qeydə alınıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Caliber” nəşri video paylaşıb.

Yük İranın Bəndər Abbas limanına çatdırılıb.Yük maşınlarının üzəri örtülsə də, onların hərbi məqsəd daşıdığı aydın görünür.

Bildirilib ki, silah göndərən tərəf son vaxtlar Ermənistanın hərbi-texniki əməkdaşlığını sürətlə artırdığı Hindistandır.

Paylaşımda Hindistanın Ermənistanla hərbi tərəfdaşlıq sahəsində 400 milyon dollarlıq müqavilə imzaladığı xatırladılıb 

Son zamanlar iki ölkənin hərbçiləri arasında tez-tez təmasların olması da onlar arasında hərbi əməkdaşlığın güclənməsindən xəbər verir.

Yazıda həmçinin Ermənistanın İranın Nurduz sərhəd-keçid məntəqəsindən silah-sursat daşıdığ  daşıdığına dair yeni görüntülər yayılıb.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol