Almaniyanın Baden-Vürtemberq əyalətində yerli siyasətçilər ölkədə sığınacaq axtaran şəxslərin ictimai işlərdə çalışdırılmalarını tələb ediblər.
“AzPolitika.info” xəbər verir ki, Xristian Demokratik Birlik Partiyasından Baden-Vürtemberq Əyalət Assambleyalarının sədri Yoahim Valter parlamentin iclasında bildirib: “Sığınacaq axtaranların ictimai yerlərdə fəaliyyət göstərən təşkilatlarda çalışması bizim üçün və sosial qəbul üçün əhəmiyyətli olacaq”.
Xristian Sosial Birlik Partiyası Bundestaq Qrupunun sədri Aleksandr Dobrindt isə Almaniyada işləmək istəməyən mühacirlərin olduğuna diqqət çəkərək, sosial yardım alan mühacirlərə daha az maaş verilməsini təklif edib.
“İşləmək mövcud düzənə töhfənin bir parçasıdır. Bu təkliflər qəbul olunmasa, maliyyə yardımı da azaldılmalıdır”,-deyə o, bildirib.
“AzPolitika.info”


Şərhlər