Menu

Bu il 6791 şəxs özünüməşğulluq proqramına cəlb edilib

27.07.2023, 11:02
Bu il 6791 şəxs özünüməşğulluq proqramına cəlb edilib

Bu ilin 6 ayında 6791 şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ƏƏSMN tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramının icrasında sosial cəhətdən həssas əhali qruplarına, o cümlədən əlilliyi olan şəxslərə üstünlük verilir.

Bu ilin yanvar-iyun aylarında 604 əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil olunur, təlimlərdə kiçik biznesin təşkili və idarəedilməsi üzrə bilik və bacarıqlara yiyələnirlər. Daha sonra növbəlilik qaydasına uyğun olaraq mal və materiallarla təminat prosesi həyata keçirilir.

Qeyd edək ki, həmin dövrdə ümumilikdə 6791 şəxs, o cümlədən 163 şəhid ailəsi üzvü, 549 məcburi köçkün, 1041 gənc, 2020 qadın və digər kateqoriyalardan olan şəxslər bu proqrama cəlb edilib.

Şərhlər

Mühəndis 2023-07-27 14:20:18

Milyonlarla gənc işsiz qaldığı halda 6900 rəqəmi o qədər cəlbedici görünmür.Gənclər özlərinə ciddi məşğulluq tapa bilmədiyindən cinayətlər art,narkomaniya artır.Dövlət isə iri sənaye müəsisələri yratmağı düşünmür. Ölkənin importdan asılılığını artırmağı inkişaf hesab etmək isə tam yanlışdır.Təsəvvür edin il ərzində neçə nəfər gənc texniki ixtisaslar yiyələnir.Bəs onlara təətbiq yeri yaradılırmı?Ali ixtisas təhsili dövlət tərəfindən doğru və əsaslı planlaşdırılmalı və bu təhsili tamamlatan şəxs iş yeri ilə təmin olunması təmin edilməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol