Menu

İndiyədək 130 mediator işindən çıxarılıb - 70-dən çoxu barəsində sərt tədbirlər görülüb

27.07.2023, 11:32
İndiyədək 130 mediator işindən çıxarılıb - 70-dən çoxu barəsində sərt tədbirlər görülüb

“İndiyədək 130 mediator sıralarımızdan xaric edilib”.

“Report”un xəbərinə görə, bunu Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Ombudsman Aparatında mediasiya islahatları sahəsində qanunvericiliyin təkminləşdirilməsi ilə əlaqədar Nazirlər Kabinetinin 29 dekabr 2022-ci il tarixli, 30590 nömrəli dərkənarı ilə aidiyyəti qurumlara ünvanlanan məktubun icrası üzrə təkliflərin müzakirəsinə həsr edilən ilkin müzakirə zamanı deyib.

O bildirib ki, 70-dən çox mediator barəsində də sərt tədbirlər həyata keçirilib.

N. Adilov qeyd edib ki, bu il ərzində Mediasiya Şurasına 32 767 iş daxil olub: “Bunlardan 28 748-i ailə mübahisəsi, 2 317-si kommersiya, 1 703-ü isə əmək mübahisələri olub".

O, ötən illərlə müqayisədə barpşıq saziləşlərinin artdığına diqqət çəkib: "39-40 faiz artım var".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol