Menu

Mərkəzi Bank uçot dərəcəsini niyə dəyişmədi? - "İdxal inflyasiyasının təsirləri azalsa da..."

27.07.2023, 13:43
Mərkəzi Bank uçot dərəcəsini niyə dəyişmədi? - "İdxal inflyasiyasının təsirləri azalsa da..."

Mərkəzi Bank uçot dərəcəsinin dəyişməz qalması barədə qərar qəbul edib. Bankdan bunu yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla qəbul olunduğunu bildiriblər.

İqtisadçı, deputat Vüqar Bayramov hesab edir ki, inflyasiya səviyyəsi hələ də hədəflənən həddən yüksəkdir. İyun ayında əvvəlki aya nəzərən 0.9%-lik deflyasiya qeydə alınması istehlak tələbinin tənzimlənməsindən daha çox mövsümi faktorlar ilə bağlıdır. 

"Aydındır ki, bu faktorlar xüsusən sentyabrdan başlayaraq minimumlaşacaq. İdxal inflyasiyasının təsirləri azalsa da yenə də strukturda payı yüksək olaraq qalmaqdadır",- o qeyd edib.

İqtisadçımın sözlərinə görə, bu baxımdan illik inflyasiyanın iyunda 10.6% təşkil etməsi nə arxayınçılıq üçün əsas olmalı, nə də tendensiyanın növbəti aylarda da eyni davam edəcəyi anlamına gəlməməlidir.

"Bu isə o deməkdir ki, hədəflənən inflyasiyanın əldə edilməsi hələlik zaman tələb edəcək",- V.Bayramov vurğulayıb.

Uçot dərəcəsinin kredit faizlərinə təsirlərinə gəldikdə isə deputat biıdirib ki, hələlik bu alətin borc bazarlarına təsirləri minimumdur: "Faiz dəhlizinin yuxarı və aşağı həddlərinin dəyişdirilməməsi də ondan xəbər verir ki, mövcud kredit faizlərində ciddi dəyişiklik gözlənilmir. Bu baxımdan da, Mərkəzi Bankın kredit bazarına təsir edəcək digər alətlərindən daha fəal istifadəsinə ehtiyac var".

"Azpolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol