Menu

"Ermənistan dezinformasiya və manipulyasiya oyunlarına son qoymalıdır" - Hikmət Hacıyev

27.07.2023, 17:55
"Ermənistan dezinformasiya və manipulyasiya oyunlarına son qoymalıdır" - Hikmət Hacıyev

“Ermənistan parlamentinin rəhbəri sözlə oynamaq əvəzinə Azərbaycanın Laçın yolu ətrafında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş dezinformasiyaya, manipulyasiya oyunlarına və təbliğat kampaniyasına son qoymalıdır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə yazıb.

O bildirib ki, Ağdam-Xankəndi yolu hər növ daşınma üçün açıqdır.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Sminyon daha əvvəl Azərbaycanın beynəlxalq ictimaiyyəti aldatdığını iddia etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol